Sabah qeyri-iş günü olacaq? - AÇIQLAMA

19-09-2024, 12:24 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi təsis edilməsinə baxmayaraq sabah iş günüdür.
"Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis tərəfindən qəbul edilməlidir", - deyə məlumatda qeyd olunub.