Tramp NATO-dan narazı olduğunu bildirib

7-04-2026, 00:30 - Dünya

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İranla qarşıdurma zamanı alyansın tutduğu mövqe NATO-nun nüfuzuna uzunmüddətli zərbə vurub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərə açıqlaması zamanı səsləndirib.

“Deməliyəm ki, NATO məni ciddi şəkildə məyus etdi. Hesab edirəm ki, bu, alyans üçün heç vaxt unudulmayacaq bir ləkədir”, – deyə o vurğulayıb.