Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik - Zelenski

10-04-2026, 07:30 - Dünya

Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin də buna uyğun addımlar atmağa hazır olduğunu bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.
“Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanı atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, – deyə Zelenski vurğulayıb.