ABŞ prezidenti İranla razılığa gəlməyə çox yaxın olduğunu bildirib

Dün, 00:10 - Dünya

ABŞ İranla mübahisəli məsələlərdə razılığa gəlməyə çox yaxındır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Biz razılaşmanı əldə etməyə çox yaxınıq", - deyə o jurnalistlərə bildirib.

Tramp əlavə edib, onlarla bizim ortaq məxrəcə gəldiyimiz çoxlu məsələlər var.

Xüsusilə, onun sözlərinə görə, İran nüvə silahı istehsal etməməyə razılıq verib.

Tramp həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə razılaşdığını bildirib. "Onlar bizə nüvə tozu verməyə razılaşıblar", - deyə ABŞ prezidenti bildirib.