İran ABŞ-nin elan etdiyi atəşkəsi tanımadığını bildirib

Bugün, 01:40 - Dünya

İran ABŞ-nin atəşkəsin birtərəfli uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası bildirib.

"Tehran ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən atəşkəsi tanımır, ona əməl etməmək hüququna malikdir və öz milli maraqlarına uyğun hərəkət edəcək", - deyə bildirilib.