İranla müharibə uzun sürməyəcək - ABŞ prezidenti

24-04-2026, 03:05 - Dünya

ABŞ və İran arasında hərbi münaqişə uzun müddət davam etməyəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

"Sizə yalnız bir şey deyə bilərəm: bu, bitəcək. Düşünmürəm ki, bu, uzun vaxt çəkəcək", - deyə o bildirib.

"Yeri gəlmişkən, onlar bunu uzadırlar, çünki orada kiminlə məşğul olduğumuzu bilmirik. Onlar həmin ölkədə liderin kim olduğunu bilirlər. Biz İranda liderin kim olduğunu bilmirik", - deyə ABŞ prezidenti qeyd edib.