Tramp Putinlə birbaşa əlaqələrin davam etdirilməsinin tərəfdarıdır

24-04-2026, 03:40 - Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqələrin saxlanmasını dəstəklədiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdə deyib.

Rusiya prezidentinin dekabr ayında ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edilməsi ehtimalını müzakirə edən Amerika lideri bildirib ki, "hamı ilə danışmağı zəruri hesab edir".

O qeyd edib ki, "mən müharibə getdiyi üçün onunla danışmayacaqlarını deyən adamlardan deyiləm".