ABŞ-nin narkotik qaçaqmalçılarının qayıqlarına zərbələr nəticəsində ölənlərin sayı 200-ü ötüb

1-06-2026, 03:10 - Dünya

ABŞ-nin Cənubi Amerikada narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən qayıqlara endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 2025-ci ilin payızında ABŞ-nin hücum əməliyyatları başlayandan bəri Amerika qüvvələri narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan qayıqlara 60-dan çox zərbə endirib. Bu hücumlar nəticəsində azı 202 nəfər həlak olub.

Pentaqonun rəhbəri Pit Heqset ötən ilin noyabrında narkotik kartellərinə qarşı mübarizə məqsədilə “Cənubi Nizə” əməliyyatının başlandığını elan etmişdi.