İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

15-06-2026, 04:45 - Dünya

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Anlaşma memorandumunun mətni tamamlanıb və rəsmi imzalanma mərasimi cümə günü İsveçrədə keçiriləcək”, – deyə o bildirib.

Qeyd edib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası iyunun 15-də başa çatır. Həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibə və hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılacağı nəzərdə tutulur.