Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub, xəsarət alanlar var - ADLAR

8-04-2025, 10:18 - Hadisə

Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı evin eyvanı uçub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar:

1. Potu kənd sakini- 1978 təv Mətanət Həşimova
2. Potu kənd sakini - 1969 təv Kəmalə Vahidova
3. Qarayazı kənd sakini - 1966 təv Saxanım Cabbarova
4. ⁠Qarayazı kənd sakini- 1966 təv Nazilə Məmmədova
5. ⁠Qarayazı kənd sakini - 1963 təv Susaxan Əliyeva

Hadisə ilə bağlı araşdırma aparılır.