Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 00:07-də Qusar stansiyasından 4 kilometr cənubda, Qusar rayonu ərazisində yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar ətraf ərazilərdə zəif hiss olunub.