Bakıda yataqxanada yanğın olub

22-06-2025, 10:30 - Hadisə

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxinin tavanı 10 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.