Son iki gündə 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunub - DİN

10-11-2025, 10:45 - Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də və 9-da ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Noyabrın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 patron darağı və 10 tüfəng aşkar edərək götürüblər.