Nərimanovda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

25-11-2025, 09:17 - Hadisə

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnoz təyin olunub.
Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, dünən Əhməd Rəcəbli küçəsində obyektdə partlayış verib.