İsmayıllıda inzibati bina yandı

28-11-2024, 09:22 - Hadisə

İsmayıllıda inzibati bina yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 8 otaqdan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.