Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

11-08-2026, 00:20 - Hadisə

Avqustun 10-da Gədəbəy stansiyasından 53 km cənubda Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində zəlzələ baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,9 olan zəlzələ yerli vaxtla saat 23:11-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Yeraltı təkanlar hiss edilməyib.