Ötən gün 28 cinayətin üstü açılıb - DİN

17-12-2024, 10:00 - Hadisə

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.