Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb - DİN

6-01-2025, 09:20 - Hadisə

Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.