Hövsanda dəniz kənarında avtomat aşkarlanıb

17-01-2025, 09:58 - Hadisə

Suraxanı rayonunun Hövsan qəsəbəsində odlu silah tapılması barədə polisə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 29 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah-sursat müvafiq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.