Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib

21-02-2025, 08:00 - Hadisə

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektinin köməkçi yolunda, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və yük avtomobilinin yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görülür.

Daha sonra yük avtomobili yoldan kənarlaşdırılıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.