Ucar rayonunun Küçəkənd kəndində ümumi sahəsi 360 m² olan birmərtəbəli uşaq bağçasının yanar konstruksiyaları yanıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb"- deyə məlumatda qeyd edilib.