Bakıda Neft Emalı Zavodunda yanğın baş verib

5-03-2025, 10:26 - Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.