Norveç millisi dünya çempionatının 1/8 finalına yüksəlib

1-07-2026, 00:00 - İdman

Norveç milli komandasının futbolçuları dünya çempionatının 1/16 final mərhələsinin oyununda Kot-d'İvuar yığmasını 2:1 hesabı ilə məğlub ediblər. Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, qarşılaşma ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilib.

Qalib komandanın heyətində qolları Antonio Nusa (39-cu dəqiqə) və Erlinq Holand (86) vurublar. Məğlub komandada isə Amad Diallo (74) fərqlənib.
Norveç yığması 1/8 finalda Braziliya millisi ilə qarşılaşacaq.