Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İndoneziyaya 72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,6 milyon ABŞ dolları və ya 37,3%, həcm ifadəsində isə 44,2 min ton və ya 51% çoxdur.
Dövr ərzində İndoneziya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.