Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

16-06-2026, 10:12 - İqtisadiyyat

Bu ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.