Bu günə olan valyuta məzənnələri

10-08-2026, 09:25 - İqtisadiyyat

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 10 avqust tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

AMB-nin məlumatına görə, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat olub.

Avronun manata qarşı məzənnəsi 1,9638 manat, 1 türk lirəsi 0,0356 manat, 100 rus rublu isə 2,0646 manat olub.