Dövlət xidməti 1 milyonluq nəqliyyat vasitələri alır

7-03-2025, 06:30 - İqtisadiyyat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidməti yeni sərnişin yük avtomobilləri alır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, alınacaq nəqliyyat vasitələrinin sayının 15 ədəd olması nəzərdə tutulub.

Satın alınacaq avtomobillərə dair tələblər aşağıdakılardır:
Təkər formulu: 4x4; Mühərrik gücü (minimal): 140 at gücü; Mühərrik həcmi (minimal): 2,40 lt; Yanacaq növü: Dizel; Silindr sayı: 4 ədəd; Dönmə radius (minimal): 6; Uzunluq/en/hündürlük: 5320 x 1865 x 1700 mm; Yük bölməsinin (Uzunluğu/eni/hündürlüyü): 1555 x 1545 x 525 mm; Təkərlər arası məsafə (minimal): 3200 mm; Avtomobilin kütləsi (minimal): 1800 kq; Tam təchiz olunmuş avtomobilin kütləsi (minimal): 2700 kq; Yanacaq çəninin həcmi (minimal): 75 lt; Yük götürmə qabiliyyəti (minimal): 840 kq

Quruma sözügedən nəqliyyat vasitələrini "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək. Bunun müqabilində isə şirkətə 994 500 manat ödəniləcək.

Qeyd edək ki, quruma avtomobilləri təhvil verəcək "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.