Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

14-03-2025, 10:14 - İqtisadiyyat

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, İKZF-dən bildirilib ki, Fondun xətti ilə indiyədək 53 min 439 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3 milyard 406 milyon 521 min 037 manatdır.

Kirayəçilərin istifadəsinə 6763 yaşayış sahəsi verilib.