Tramp və Putin avqustun 15-i Alyaskada görüşəcəklər

9-08-2025, 03:50 - Siyasət

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ABŞ-ın Alyaska ştatında görüşəcəklər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, görüş avqustun 15-də baş tutacaq.

ABŞ prezidenti digər detalları açıqlamayıb.