Prezident İlham Əliyev Beninin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

14-10-2024, 12:02 - Siyasət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.