Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi halları müəyyənləşir

16-10-2024, 11:10 - Siyasət

Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi halları müəyyənləşir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.