Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.