Rəcəb Tayyib Ərdoğan 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib

27-09-2025, 13:30 - Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda qeyd olunub:

“Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.

Qarabağ sonsuzadək Azərbaycandır!”