Prezident İlham Əliyev Danimarkaya işgüzar səfərə gəlib

1-10-2025, 18:50 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.