Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiq edib

8-11-2024, 12:15 - Siyasət

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Müqavilə 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.