Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

2-12-2024, 10:40 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.