Prezident İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib (FOTO)

25-12-2024, 12:50 - Siyasət

Prezident İlham Əliyev sosial şəbəkələrdəki hesablarında Aktaudakı təyyarə qəzası ilə bağlı paylaşım edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".

Prezident İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib (FOTO)