Azərbaycanda 12 günlük Novruz və Ramazan bayramı tətili başa çatıb

1-04-2025, 06:05 - Cəmiyyət

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar elan olunan 12 günlük qeyri-iş günləri başa çatıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 20-31 mart tarixlərində ölkə ərazisində qeyri-iş günləri olub.

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günləri 10 mart və 1 aprel istirahət günləri ilə dəyişdirilib.

Qeyd edək ki, 20-26 mart tarixləri Novruz bayramı, 30-31 mart isə Ramazan bayramı ilə əlaqədar qeyri-iş günü elan olunmuşdu.