İsrail və ABŞ-nin İranla qarşıdurması hələ bitməyib. Bu sahədə "yeni hadisələr" hər an mümkündür.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail sonda İran ilə qarşıdurmada məqsədlərinə çatmaq niyyətindədir.
İranla qarşıdurmadan danışan B. Netanyahu bunu "ciddi çətinliklər və nəticələr dövrü" adlandırdı. "Biz çox şeyə nail olmuşuq. Amma bu, son deyil və hər an yeni inkişaflar baş verə bilər", - deyə o bildirib.