Bessent "G20"ni İrana qarşı sanksiya təzyiqi göstərməyə çağırıb - Yaponiyalı nazir

Dün, 05:55 - Dünya

ABŞ maliyyə naziri Skott Bessent "G20" həmkarlarını İrana qarşı sanksiyalar məsələsində əməkdaşlıq etməyə çağırıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə Vaşinqtonda keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak edən Yaponiyanın maliyyə naziri Satsuki Katayamaü deyib.

S. Katayamanın sözlərinə görə, görüş iştirakçıları Yaxın Şərqdəki vəziyyəti tez bir zamanda sabitləşdirməyin vacibliyi barədə də razılığa gəliblər.