Azərbaycan və Tailand arasında münasibətlərin perspektivləri müzakirə olunub

Bugün, 07:55 - Siyasət

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də regional məsələləri müzakirə ediblər.