Texniki səbəblərdən gecikən Bakı-Naxçıvan reysi yola düşüb

1-04-2025, 10:10 - Cəmiyyət

Texniki səbəblərdən gecikən Bakı-Naxçıvan reysi yola düşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”ndan bildirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin texniki səbəblərdən gecikən Bakı-Naxçıvan istiqamətində J2-261 nömrəli reysinin sərnişinləri başqa təyyarə ilə yola salınıb. Təyyarə yerli vaxtla saat 09.15-də Naxçıvana yola düşüb", - məlumatda deyilir.