DYP-dən gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

8-04-2025, 09:42 - Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilib:

"Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir.