Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün yola salınacaq

26-05-2025, 08:30 - Cəmiyyət

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, zəvvarlar sbu gün 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.
Qeyd edək ki, bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq.

Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçirilir.