Ötən gün vətəndaşlardan 3 avtomat silahı, 1 tapança, 4 tüfəng götürülüb

26-07-2025, 11:15 - Cəmiyyət

Ötən gün vətəndaşlardan 3 avtomat silahı, 1 tapança, 4 tüfəng götürülüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 20 qumbara, 20 alışdırıcı, 1 qumbaraatan, 4 tüfəng, 7 patron darağı və 1606 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.