Kiyev ballistik raket hücumuna məruz qalıb - Ölənlər var

Bugün, 10:00 - Dünya

Rusiya silahlı qüvvələri Kiyevə ballistik raketlər buraxıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “İnterfaks-Ukrayna”nın Kiyev Şəhər Hərbi Administrasiyasına (KŞHA) istinadən verdiyi məlumata görə, zərbə nəticəsində 2 nəfər həlak olub.

Yerli vaxtla 06:30-da qeydə alınmış raket hücumu nəticəsində bundan başqa 7 nəfərin yaralandığı bildirilir.

Bəzi Ukrayna KİV-ləri yaralı sayının 10 olduğunu yazır.