Bakıda körpünün məhəccərləri relslərin üzərinə düşdü - Qatarlar gecikdi

Bugün, 10:05 - Hadisə

Bakıda güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərləri qoparaq dəmir yolu relslərinin üzərinə düşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Trend-ə verilən məlumata görə, hadisə Zabrat-2 stansiyası sahəsində qeydə alınıb.

Hadisə nəticəsində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə yaranıb.

ADY əməkdaşları tərəfindən relslərin üzərinə düşən maneələr aradan qaldırılıb və qatarların hərəkəti təmin edilib.