Bakının bəzi ərazilərində qaz olmayacaq

Bugün, 05:45 - Cəmiyyət

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.