İlk 9 ayda sosial xidmət müəssisəsinə yerləşdirilən ahılların sayı açıqlanıb

3-10-2025, 09:50 - Cəmiyyət

Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir.