Belçika Ukraynaya 1,1 milyard avroluq hərbi yardım ayırıb - Rutte

Dün, 01:30 - Dünya

Belçika Ukraynaya ümumi dəyəri 1,1 milyard avro olan yeni hərbi yardım bloku təqdim edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat kofransı zamanı deyib.

"Dünən Berlində [Ukrayna üzrə könüllülər koalisiyasının iclasında] bir neçə NATO ölkəsi Ukraynaya yeni yardım elan etdi. Belçika 1,1 milyard avro ayırdığını elan edib", - deyə o bildirib.

M.Rutte bu yardımın Kiyevə nə vaxt göndəriləcəyini dəqiqləşdirməyib.